Martın 22-də Tovuzun Əyyublu kəndində Nəsibovlar ailəsinin başına gələn hadisə kənd camaatını ayağı qaldırıb. Hadisə ilə bağlı yayılan şayiələrin miqyası böyüdü və ölkənin əsas müzakirə mövzularından birinə çevrilib. Müzakirələr Əyyublu kənd sakini olan 20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət etməsi ilə başlayıb. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Martın 30-da isə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ailəsinin iddiasına görə, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin “Ford” maşınına mindiriblər. Kənd sakinləri qızı qəbiristanlığa aparıb və burada ona qarşı təcavüz ediblər. Qızın xalası Naidə Mirzəyeva APA TV-yə hadisənin təfərrüatlarını danışıb:
“Kəndimizdə 4 nəfər oğlan bizim qızı zorla döyərək maşına salıblar. Qəbiristanlığa aparıb, zorakılıq tətbiq ediblər. Tanıdıqları adamlardır. Biri həmişə qızın məşğələyə gedib gələrkən mindiyi “Qazel”in sürücüsüdür. Əvvəldən elə tanışlığı olmayıb. Telefonla təhdid ediblər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən”.
APA TV hadisədə adı hallanan həmin oğlanların ailəsində olub. Elməddin Niyazov, Mürsəl Kərimov, Kamal Məmmədovun ailəsi hadisə ilə bağlı öz bildiklərini danışıblar. Nemətin ailəsi isə heç bir səbəb göstərmədən müsahibədən imtina edib.
Qızın sevgilisi kimi təqdim edilən Elməddinin ailəsi övladlarının həmin qızla görüşdüyünü təsdiq edirlər. Ancaq oğlanlarının belə hərəkət edəcəyinə inanmadıqlarını deyirlər. Elməddin Niyazovun anası Mehriban Yusifova bildirib ki, oğlu ilə qız 2014-cü ilin yayından mesajlaşırmış: “Qız bunu çağırır ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Oğlum yoldaşından maşını alıb gedir. Yağışlı gün idi. Görənlər olub. Qız çətiri yığıb, maşına oturur. Kənddən 500 metr aralıya aparıb, yolda maşın batıb. Yoldaşına zəng edib ki, maşın batıb. Kamal və maşının yiyəsi gediblər maşını çıxarsınlar. Burada Elməddinlə qızı Kamalın maşınına mindirirlər. Deyirlər ki, aparıb evinə düşürək. Qız deyir ki, mən düşmək istəmirəm. Kamala deyib ki, sizinlə fermaya gedəcəyəm. Mənim oğlum, Kamalla fermaya, yeməyi verib qayıdırlar. Deyir ki, məni nənəmin evinin yanında düşürün. Qızı dediyi yerə düşürürlər”.
Elməddin Niyazovun atası İsgəndər kişi də oğlunun günahkar olmadığını deyir: “Mənim oğlum Elməddin qızla telefonla danışıb. Mesajlaşıb. Qız özü buna görüş təyin edib. Qız bunu tanımırmış, telefonla danışırmış. Oğlum gedib qızı götürüb. Kənddən 500 metr aralıda görüşüblər. Maşın batıb. Dostunu çağırıb ora. Mənim oğlumun günahı olmadığı təsdiqlənib. Qıza əli dəyməyib. Qızı evlərinə gətiriblər. Sonradan Mürsəl Asif oğlu adlı birisi qızla gəzməyə gediblər. Məhkəmədə prokuror baxdı, dedilər ki, qız özü gedib. Atası bununla razılaşa bilmir. Öz qızından xəbəri yoxdur”.
Hadisədə adı hallana şəxslərdən biri də Kərimov Mürsəldir. "Mercedes" markalı avtomobilin sahibi Mürsəl Elməddinin xahişini yerə salmayaraq öz maşını ona verib. Anası Mahizər Kərimova oğlundan eşitdiklərini APA TV-yə danışıb: “Oğlumun günahı belədir. Niyazov Elməddindən zəng gəlib ki, maşını mənə ver. Qızım oğluma mesaj yazıb ki, atam səni gözləyir, gəl. Saat 12.00 idi. Mürsəl gəldi, buna zəng gəlib ki, maşın Sarıqazmaqda batıb. Oğlum Kamalla ora gedib. Deyir ki, Kamal bizi maşından düşməyə qoymadı. Kamal gedib maşının yanına, zəng gəldi ki, gəl maşınını çıxart. Gedəndə gördüm ki, maşında qız var. Dedim ki, tez olun düşün. Bunları maşına qoydum, Elməddinlə qızı düşürdüm. Dedim hara istəyirsiniz, gedin. Bunlar da Kamalla hara isə aparıblar. Oğlum deyir ki, mən heç nə görməmişəm. Qızla oğlum saat 4-də danışıb deyib ki, pis gündəyəm, gəl məni apar. Bu da gedib qızı aparıb. Deyib, özümü pis hiss edirəm, məni sakit yerə apar. Deyib ki, bulvara aparası deyiləm, parka aparası deyiləm. Aparıb bunu qəbiristanlığa. Oğlum deyir, orada oturduq, söhbət etdik. Gördüm dostum mənə zəng vurdu. Dedim ki, Nemət sabahkı qız mənə ilişib, gəl görək nə edirik. Qızla məsləhətləşiblər ki, a bala, gəl, səni evinə aparaq. Deyir ki, qız ağladı. Oğlum deyir ki, əlimi ona vurmamışam, güldən ağır söz deməmişəm”.
Hadisədə adı hallanan "Ford" markalı avtomobilin sürücüsü Kamal kəndin adlı-sanlı seyidləri olan Seyid Kamal kimi tanınan Kamal Məmmədovun nəvəsidir. Kamalın atası Əbülfət Məmmədov deyir ki, hadisəni eşidəndə oğlanların hər biri ilə ayrılıqda söhbət edib. O, həmin gün oğlunun "Ford" markalı maşını ilə fermalarına yemək aparırmış. Ata iddia edir ki, bu hadisədə oğlunun adının hallanmasına səbəb isə Kamalın dostlarının palçığa batan maşının çıxartmaq üçün əraziyə getməsi olub: “Elməddin deyir ki, əmi, mənə zəng gəldi ki, gəl görüşək. Elməddinlə seviblər bir-birini. "Mercedes" batıb. Kamala zəng edib, kömək məqsədi ilə çağırıblar. Kamal gedib kömək edib. Kamal Elməddinlə adını həmin xanımı öz evlərinə düşürüb. Daha sonra isə qız Mürsəl Akif oğlu ilə görüşə çıxıb.
Kamalın atası oğlunun günahı varsa, ona ən ağır cəza verilməsini tələb edir: Stress keçirirəm. Çox ağır işdir. Bizim balalarımız bu səhvə yol veriblərsə, cəzalansın. Yalandır. Camaatı aldatmaq lazım deyil. Mənim oğlumun günahı nədirsə, qoy çəksin. Elə oğul mənə lazım deyil. Bu mənim başmı alçaq edirsə, elə oğul ölsün. Amma haqq ədalət yerini tapacaq”.
Qonşuları həm qızın, həmd ə oğlanların ailəsinin nümunəvi ailə olduğunu deyilər. Kamal Məmmədovun qonşuları ailə barədə xoş fikirdədir: “Elə bil öldük, yerin altına girdik. Kamalın övladı, ya bizim övladımız. Övladımızdan seçmirik onu. Mərifətli, qanacaqlı oğlandır. Başıaşağı qızdır, valideynlə gedib gəlirlər. Camaatın uşağını yazıq elədilər. Necə oldu bilmədik”.
Hadisədə kimin haqlı tərəf olduğunu deyə bilməsək də, onu bilirik ki, artıq zərərçəkmiş hesab olunan 20 yaşlı qız martın 27-də intihara cəhd edib. Onu huşsuz vəziyyətdə tapan valideynləri qızı xəstəxanaya yerləşdiriblər. İndi kənd sakinləri və hadisədə adları hallanan şəxslərin valideynləri istintaqın nəticəsini gözləyir. Hər kəs günahkar tərəfin üzə çıxacağına və cəzalandırılacağına ümid edir.