Tovuzda yol-nəqliyyat hadisəsi yanğınla nəticələnib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Aşağı Ayıblı kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində yük avtomobilinin kabinası və qabaq sol şini yanıb. Minik avtomobili və yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.