Tovuz rayonunda girov götürülən Ermənistan vətəndaşı Petrosyan Arduş Dalenoviç hüquq-mühafizə orqanlarına təhvil verilib. Lent.az-ın məlumatına görə, bu barədə azvision.az-a rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov bildirib.
O deyib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib.
İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub: “Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”.
Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965-ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.
Tovuzda tutulan erməni: “3 nəfər idik”
3463