Fövqəladə Hallar Nazirliyi Tovuz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
17:46
Tovuz rayonunda orta məktəb binasında yanğın başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın Yeni Alakol kənd orta məktəbində qeydə alınıb. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi davam etdirilir.