Tovuzda kafedə işləyən qadın bıçaqlandı
11 fevral 2016 00:55 (UTC +04:00)

Tovuzda kafedə işləyən qadın bıçaqlandı

0

Tovuzda kafedə işləyən qadın döyülüb, sonra isə bıçaqlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bozalqanlı kənd sakini, 1963- cü il təvəllüdlü Sevda Həsənova üz nahiyəsinin əzilməsi və sol qabırğaaltı nahiyənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə ,rayonun Aşağı Əyyublu kəndində kafedə işləyən S. Həsənova orada olan müştərilərdən biri tərəfindən döyülərək bıçaqlanıb.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar