Tövlə yandı, 2 baş heyvan öldü
01 iyul 2017 22:24 (UTC +04:00)

Tövlə yandı, 2 baş heyvan öldü

Bərdə və Zaqatalada yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu Yeni Daşkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 m2 olan tövlənin 46 m2 sahədə dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın zamanı tövlənin içərisində olan 1 baş iri buynuzlu tüstüdən tələf olub. Tikilinin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub.  

 

Zaqatala rayonu, Mosul kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı tövlənin içərisində olan 7 baş xırdabuynuzlu heyvandan 6 baş heyvan yanğınsöndürənlər  tərəfindən tövlədən  çıxarılaraq xilas edilib və bir baş heyvan tüstüdən boğularaq  tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar