Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 5-i saat 17:20 radələrində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzindəki mağazadan, Ruslan Salahova məxsus, içərisində 4006 manat və 200 ABŞ dolları olan pul kisəsini masanın üzərindən oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Əjdər Həziyev Qaradağ RPİ 10-cu PB və Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.
Yaxalanan şəxs ətrafında araşdırmalar davam etdirilir.