Ticarət mərkəzində qanlı hadisə törədən şəxs tutuldu
02 dekabr 2014 11:10 (UTC +04:00)

Ticarət mərkəzində qanlı hadisə törədən şəxs tutuldu

0

Bakıda bıçaqlanma hadisəsinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 30-da axşam saatlarında Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Cavanşir Quliyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Novruzov müəyyən edilib. S.Novruzov yaxalanıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar