Tərtərdə top mərmisi tapıldı
12 may 2016 20:13 (UTC +04:00)

Tərtərdə top mərmisi tapıldı

0

Tərtərin  Qazyan kəndində partlamamış top mərmisi aşkar edilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 12-də Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında  bildirilir.

 

Hesabata əsasən, mayın 12-də 8 ev və həyətyanı sahədə, 8 otlaq sahəsi daxil olmaqla 24 partlayış yerinə baxış keçirilib, 1 ədəd (122 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Partlamamış top mərmisi Tərtər rayonunun Qazyan kəndində aşkarlanıb.  Gün ərzində 40 378  kv. m ərazi təmizlənib.  

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 12 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 469 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar