Tərtər şəhərində vətəndaşa məxsus evdə qaz sızması nəticəsində partlayış olub.
FHN-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub.
Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 08:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.