Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində erməni əsgəri ölüb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə qoşunların təmas xəttinin cənub istiqamətində baş verib.
Məlumata görə, partlayış baş verən zaman 1987-ci il təvəllüdlü Arutyun Safaryan postda olub.