Telefon və kassa aparatı oğurlayanlar tutuldu
10 mart 2016 14:47 (UTC +04:00)

Telefon və kassa aparatı oğurlayanlar tutuldu

0

Azərbaycanda oğurluqla məşğul olan bir neçə nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Bakı şəhər sakini C.Quliyevin evindən mobil telefon oğurlamış Abşeron rayon sakini İlham Tağıyev tutulub. Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 24-də Bakı şəhər sakini Samir Əliyevə məxsus mağazadan kassa aparatı oğurlamış Lənkəran şəhər sakini Babaxan Heydərli yaxalanıb.

 

 

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 2-də Bakı şəhər sakini Samir Xələfovun mobil telefonunu oğurlamış həmyerlisi Gündüz Səfərov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar