Azərbaycanda oğurluqla məşğul olan şəxslər yaxalanıb
21 may 2016 13:45 (UTC +04:00)

Azərbaycanda oğurluqla məşğul olan şəxslər yaxalanıb

Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı vaxtlarda baş vermiş oğurluq hadisələrinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 12-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini Mətanət İbadovanın evindən qızıl əşyalar oğurlamış paytaxt sakini Ramil Şəfəqqətov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 6 evdən pul, bankomat kartları, qızıl əşyaları və qol saatları oğurlaması da müəyyən edilib.

 

Digər bir oğurluq faktını üstü Suraxanı RPİ  30-cu PB  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  açılıb. Belə ki, martın 20-dən mayın 19-dək olan müddətdə müxtəlif MMC-lərə məxsus 4 avtomobilin hissələrini sökərək oğurlamış Bakı şəhər sakini Vüqar Əliyev və Sədərək rayon sakini Nəcəf Qədimov tutulub. Faktla bağlı araşdırmalar gedir.

 

Bundan başqa Suraxanı RPİ 31-ci PB  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-nə keçən gecə rayonun Bülbülə qəsəbəsində qəsəbə sakini Rafiq Quliyevə məxsus mağazadan danışıq kartları oğurlamış Biləsuvar rayon sakini Ramiz Talıblı da saxlanılıb.

 

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon sakini Əmrəddin Soltanova məxsus mağazanın divarında quraşdırılmış 2 ədəd kondisioneri oğurlamış Sumqayıt şəhər sakinləri Ramil Şirinov və Ruzigar Quliyev tutulub.

 

Mayın 20-nə keçən gecə Qəbələ şəhəri ərazisində şəhər sakini İntiqam Kərimova məxsus mağazadan dam örtüyü sökülməklə 165 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlanıb. Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş İqbal Babayev, Ərəstun Osmanlı və Vüsal Hüseynov tutulub.

 

Mayın 17-də Səbail rayonunda Türkiyə vətəndaşı Serhat Polada məxsus mobil telefon oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Oxşar yazılar