Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan
Nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər. Ərizələr aprelin 1-dən aprelin 16-a qədər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. İştirak etmək istəyənlərin azı 2 il iş təcrübəsi və kompüter biliyi olmalıdır.