Ankaranın polis rəisi üç gün oğurluq maşın nömrəsi ilə gəzdi - <span style="color:red;">QƏRİBƏ SINAQ
05 aprel 2016 11:41 (UTC +04:00)

Ankaranın polis rəisi üç gün oğurluq maşın nömrəsi ilə gəzdi - QƏRİBƏ SINAQ

Ankaraya yeni təyin edilmiş Baş Polis rəisi Mahmud Karaaslan paytaxtda ilk dəfə olaraq qeyri-adi təhlükəsizlik yoxlamasına imza atıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istindən məlumatına görə, Karaaslan üç gün boyunca oğurlanmış nömrə taxılmış maşınla şəhərdə gəzib və fərq edilməyincə çox əsəbiləşib.  

O 24 saat ərzində izlənən bulvar və küçələr kimi mərkəzlərdə dolaşıb. Oğurlanmış maşın nömrəsi heç bir polisdə şübhə doğurmayıb. Üstəlik Ankaranın 513 nöqtəsində MOBESE və PTS ( Nömrə tanıma sistemi) kameralarında da təsbit edilməyib.

Təhlükəsizlik müdiri heç bir yoxlama məntəqəsində saxlanılmamasına görə çox əsəbiləşib. Bu hadisədən  sonra o MOBESE məsuliyyətliləri başda olmaqla təhlükəsizliyi təmin edən polis rəhbərlərinə ciddi xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Oxşar yazılar