Azərbaycanda təcili yardım avtomobili piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı-Zabrat yolunun rayonun Məhəmmədi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Namiq Zahid oğlu Əliyevin idarə etdi “90-JD-688” dövlət nömrə nişanlı “Mercedes Spirinter” markalı təcili yardım avtomobili yolu keçmək istəyən Namiq Fərhad oğlu Mustafayevi vurub. N. Mustafayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.