Ərini müdafiə etsin, yoxsa  yalanlarını   üzə çıxarsın? – 2026-cı ilin maraqlı detektivi
07 oktyabr 2026 09:37 (UTC +04:00)

Ərini müdafiə etsin, yoxsa yalanlarını üzə çıxarsın? – 2026-cı ilin maraqlı detektivi

0

2026-cı ilin yayında yayımlanan İsveç istehsalı "Ölüm bizi ayırana qədər" (“Tills döden skiljer oss”) serialı detektiv sevənlərin diqqətini çəkib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, cəmi 6 seriyadan ibarət ekran işi ailə münasibətləri, xəyanət, yalan və qətl istintaqını bir araya gətirir.

Hadisələr Stokholm yaxınlığındakı sakit bir yaşayış məhəlləsində baş verir. Uğurlu ailə vəkili Malin  və həyat yoldaşı Tobias qonşularını evlərinə qonaq çağırırlar. Lakin gecə gözlənilməz faciə ilə sona çatır. Uşaqlara baxmalı olan dayə ölü tapılır. İstintaq başladıqdan sonra əsas şübhəlilərdən biri Tobias olur.

Malin ərinin günahsız olduğuna inanır və məhkəmədə onu vəkil kimi müdafiə etməyə qərar verir. Ancaq araşdırma dərinləşdikcə ailənin gizli qalan sirləri, xəyanətlər və yalanlar bir-bir üzə çıxır.

Bu faktlar Malinin ərinə olan inamını sarsıdır. O, çətin seçim qarşısında qalır: Tobiası müdafiə edib ailəsini qorumağa çalışsın, yoxsa həqiqəti qəbul edərək həyat yoldaşının məsuliyyətə cəlb olunmasına imkan versin?

Serial xüsusilə psixoloji gərginlik, ailə dramı və sirli cinayət süjetlərini sevən tamaşaçılar üçün maraqlı seçim hesab olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar