Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli bu gün II Fəxri Xiyabanda dəfn olunub.
APA-nın xəbərinə görə, dəfn mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov, YAP-ın icra katibi Əli Əhmədov, millət vəkilləri, AMİP lideri Etbar Məmmədov, professor Cəmil Həsənli, vəkil Aslan İsmayılov və başqaları iştirak ediblər.
S. Təbrizli vəsiyyətinə əsasən, Anar Məmmədxanovun məzarının yanında dəfn edilib.
Qeyd edək ki, Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.
Evlidir, 2 övladı var.
Sirus Təbrizli dəfn olundu
2083