Tayvanda 6,2 ballıq zəlzələ
11 dekabr 2014 04:11 (UTC +04:00)

Tayvanda 6,2 ballıq zəlzələ

0

Tayvan adası yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şərqi-Çin dənizində, Tayvan sahillərindən şimal-şərqdə, ocağı isə 250 km dərinlikdə olub.

 

Zəlzələni Yaponiyanın Okinava prefekturasına aid adaların sakinləri də hiss edib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Yaponiya seysmoloqlarının qənaətinə görə, sunami təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar