Gədəbəy rayon sakini silah satarkən yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Qabil Məmmədcəfərov “Makarov” markalı tapançanı, 29 ədəd patronu və 2 ədəd patron darağını həmyerlisi Niyaməddin Hüseynova satarkən tutulub.
Araşdırma aparılır.