Tanışını öldürənə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, K.Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib. 22 yaşlı Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 26 yaşlı Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.
513