Tanışı tərəfindən bıçaqlanan şəxs: "Günah məndə olub" -<span style="color:red;"> MƏHKƏMƏDƏN
14 dekabr 2015 13:30 (UTC +04:00)

Tanışı tərəfindən bıçaqlanan şəxs: "Günah məndə olub" - MƏHKƏMƏDƏN

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib.  O, ifadəsində hadisənin pul və söyüş üstündə baş verdiyini deyib.

Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş şəxs qismində  İbrahim Məhərrəmov ifadə verib.

O, ifadəsində hadisə günü sərxoş olduğunu deyib: "Ruslanla bir yerdə fəhlə işləyirdik. Ona 25 manat borcum vardı. Ruslan borcunu istədi. Ehtiyacı vardı. Sərxoş olduğuma görə, söyüş söydüm. Ruslan əlini bıçağa atdı. Məni vurdu. Günah məndə olub. Buna görə də, şikayətçi deyiləm".

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Bakının Suraxanı rayonunda baş verib. İ.Məhərrəmovun R.Mikayılova 25 manat pol borcu olub. R.Mikayılov fəhlə yoldaşından pulunu tələb edərkən təhqir olunub. Bundan sonra R.Mikayılov  İ.Məhərrəmovu bıçaqla yaralayıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar