Tanınmış meyxanaçı qəzaya düşdü - <span style="color:red;">Hacıqabulda
07 iyun 2016 07:02 (UTC +04:00)

Tanınmış meyxanaçı qəzaya düşdü - Hacıqabulda

0

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

 

Toyota Sequoia” markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

 

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar