Tanınmış həkimi və arvadını öldürənin şikayəti üzrə məhkəmə başlayıb
Tanınmış həkimi və arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə İ.Xancanovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib
493