Suriyada döyüşən Azərbaycan vətəndaşı tutulub
01 aprel 2015 15:54 (UTC +04:00)

Suriyada döyüşən Azərbaycan vətəndaşı tutulub

 
 
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.

 

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

 

Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar