<span style="color:red;">Bakıda güclü yanğın:  mağaza və avtomobillər alışdı
05 dekabr 2014 10:11 (UTC +04:00)

Bakıda güclü yanğın: mağaza və avtomobillər alışdı

0

Bakıda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Suraxanıda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisinə yığılmış mallar, mağazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, "Changan" markalı minik avtomobilinin mühərrik hissəsi, "Cerry" markalı avtomobilin sol arxa qapısının üzlüyu yanıb.

 

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06.30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar