Xalq artistinin ailəsindəki faciə ilə bağlı dəqiq <span style="color:red;">MƏLUMAT
15 mart 2014 10:54 (UTC +04:00)

Xalq artistinin ailəsindəki faciə ilə bağlı dəqiq MƏLUMAT

Martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş dəhşərli yol qəzasında həlak olan şəxslərin adları dəqiqləşib. Lent.az-ın məlumatına görə, hadisə Zığ-Aeroport yolunun Binə qəsəbəsi istiqamətində, “Akkord”a məxsus qarajların yaxınlığında baş verib. Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 1, mənzil 30 ünvanında yaşayan Xalq artisti, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən “Mercedes Galenvagen G55 AMG” markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır.

 

 

*****

 

9:48

 

Bu gecə Bakının Suraxanı rayonunda dəhşətli qəzaya düşmüş şəxslər Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və onun ailə üzvləri imiş. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub. 

Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən “Mercedes”in sürücüsü həddən artıq sərxoş olub. 

Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq "Mercedes"in sürət həddini aşması göstərilir.

 

 

 

*****

 

02:55

 

.Bu gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA-nın məlumatına görə, VAZ-2106-da sürücü, onun həyat yoldaşı, iki övladı, eləcə də, atası və anası olub.

 

Qəza nəticəsində sürücünün anası və bir övladı həlak olub, özü, həyat yoldaşı, atası və digər övladı xəsarət alıb.

 

Xəsarət alanlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, qalanları isə Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Yaralılardan hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bunlar sürücünün atası, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır.

 

***

02.23

Bu gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın əldə etdiyi son məlumata görə, yol-nəqliyyat hadisəsində ölənlərin sayı 2-yə çatıb.

 

VAZ 2106 markalı avtomobilin sürücüsünün oğlu xəstəxanaya aparılarkən dünyasını dəyişib. Hal-hazırda xəstəxanaya qəza zamanı xəsarət alan iki nəfər yerləşdirilib.

***

01.43

Bu gecə  Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Mercedes Gelandewagen və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

VAZ-2106-nın sürücüsü və atası xəsarət alıb, anası isə dünyasını dəyişib. Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12038
avatar

Nizam Rza

Oxşar yazılar