Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, müvafiq qurumlar lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssislər aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 09:14-də başa çatıb.