İyunun 16-da Sumqayıt şəhərinin ərazisində şəhər sakinləri Misir Mehdiyevin idarə etdiyi “Toyota” və Elşən Mustafayevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. M.Mehdiyevin sərnişinləri, Sumqayıt şəhər sakinləri Gülşən Mehdiyeva, Minarə Muradova, Şəlalə Məhərrəmova, Vüsalə Mikayılova və onun oğlu Anar xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.