Bu gecə Abşeron rayonunda güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikintisi başa çatmamış ikimərtəbəli ümumi sahəsi 200 kv.m olan evin 2-ci mərtəbəsinin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:46-da söndürülüb.
Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Ümumi sahəsi 17 kv.m olan ərzaq mağasının lambirdən ibarət tavanı və 2 kv.m sahədə ərzaq malları yanıb. Mağazanın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.