Sumqayıtda iki qaraj, Ağcabədidə 5 otaqlı ev yanıb
07 iyun 2015 05:32 (UTC +04:00)

Sumqayıtda iki qaraj, Ağcabədidə 5 otaqlı ev yanıb

0

Sumqayıt və Ağcabədidə ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtda yanğın bir-birinə bitişik hər birinin sahəsi 15 kv.m olan 2 ədəd istifadəsiz qarajda baş verib. Nəticədə qarajların dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və 1 ha sahədə quru ot yanıb. Qarajların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Ağcabədi rayonu, Kəbirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar