Sumqayıtda iki minik avtomobili toqquşub, ana və oğlu xəsarət alıb
09 iyun 2019 16:55 (UTC +04:00)

Sumqayıtda iki minik avtomobili toqquşub, ana və oğlu xəsarət alıb

0
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.
 
İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 1960-cı il təvəllüdlü Vəliyeva Tovruz Barat qızı və onun oğlu 1988-ci il təvəllüdlü Vəliyev Ruslan Əhmədxan oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1033

Oxşar yazılar