Sumqayıtda evdən qadın meyiti tapılıb. Lent.az.-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, 1941-ci il təvəllüdlü Petrişina Svetlana Alekseyevna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısının kilidini bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən S.Petrişinanın cəsədi aşkarlanmış və aidiyyəti üzrə təhvil verilib.