Sumqayıtda avtobus sürücüsü bıçaqlandı
26 aprel 2019 10:42 (UTC +04:00)

Sumqayıtda avtobus sürücüsü bıçaqlandı

0
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Şəhərdə fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusunun sürücüsü, 1968-ci il təvəllüdlü Kazım Kazımov nəqliyyat vasitəsini qaraja təhvil verdikdən sonra naməlum şəxs onu bıçaqlayıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1019

Oxşar yazılar