Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzildə yanğın oldu
17 mart 2016 01:33 (UTC +04:00)

Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzildə yanğın oldu

0

Ötən axşam Sumqayıt və Gəncədə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Gəncənin  Kəpəz rayonunda isə üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı və tavanı 5 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar