Soyğunçuluqda şübhəli bilinən iki nəfər tutuldu
0
0
Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Zülfüqarlı oktyabrın 1-də saat 21 radələrində 2 nəfərin ona zor tətbiq edərək qol saatını aldığını bildirib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Ağdam rayon sakinləri Ş.Zeynalov və əvvəllər məhkum olunmuş T.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
0
0