Siyəzəndə QİS əməkdaşları qəzaya düşdü: 3 yaralı
06 aprel 2016 20:46 (UTC +04:00)

Siyəzəndə QİS əməkdaşları qəzaya düşdü: 3 yaralı

0

Bu gün axşam saatlarında Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon Qaz İstismar Sahəsinin qəza xidmətinin avtomobili ilə digər bir yük maşını toqquşub.

 

Nəticədə QİS-in əməkdaşları, Siyəzən rayon sakinləri 1959-cu il təvəllüdlü Mustafayev Fərman Ramazan oğlu, 1964-cü il təvəllüdlü Mirzəquluyev Mirzəqulu Məmmədqulu oğlu və 1961-ci il təvəllüdlü Məlikov Nurməmməd Lətif oğlu müxtəlif xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

 

Hər 3 xəstənin vəziyyəti ağır stabil olduğundan ilkin yardımdan sonra onlar paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar