Şirvan şəhər sakini yolu keçərkən avtomobilin altında qalaraq ölüb. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 18.00 radələrində şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev İsmayıl Vaqif oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Ş. Gülbalaoğlu küçəsində yolu keçən 1976-cı il təvəllüdlü sakin Günəşov İsmayıl Bəndalı oğlunu vurub. İ. Günəşov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.