Şirvanda marketdən oğurluq edən şəxs yaxalandı
27 mart 2015 23:14 (UTC +04:00)

Şirvanda marketdən oğurluq edən şəxs yaxalandı

0

Şirvan şəhərində yerləşən ərzaq mağazalarından birində oğurluq hadisəsi baş verib.

 

Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, Şirvan sakini, 1993-cü il təvəllüdlü Quluzudə Nurlan Bəhrəm oğlu mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

 

Mağazadan  200 manat məbləğində siqaret və digər ərzaq məhsulları oğurlayan N. Quluzadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar