Şirvan Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avtoqəza gecə saat 23.40 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində baş verib. Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Qasımov Elbrus Heybət oğlu idarə etdiyi “VAZ 21015” markalı 90 MZ 425 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərkən yolun kənarında dayanan Şirvan su kanal idarəsinə məxsus “KAMAZ” markalı təmir işləri üçün ixtisaslaşan avtoçənli maşına çırpılıb. Nəticədə sürücü ağır vəziyyətdə kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.