Şirvanda Saatlı rayonundan olan tanınmış “Qardaşlar qrupu”-nun bir üzvünü avtomobil vuraraq öldürüb.
Bu günə Şirvan şəhərinin “Yeganə” şadlıq sarayında təyin olunan toy mərasimində iştirakı planlaşdırılan qrupun üzvlərindən biri- nağara ifaçısı 1967-ci il təvəllüdlü Mirzəyev Rəfayıl Əliheydər oğlu yolu keçərkən avtomobil vurub.
Rəfayıl Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qrup baş vermiş faciə ilə əlaqədar şadlıq sarayında nəzərdə tutulan toy mərasimində iştirakdan imtina edərək oranı tərk edib.
Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Şirvan şəhəri, Heydər Əliyev prospektində baş verib.
Şirvan sakini, T.İsmayılov küçəsi 26 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Həsənli Pərviz Taleh oğlu idarə etdiyi "Mercedes" markalı 90 LK 322 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayonunun Məmmədabad kənd sakini, 1970-ci il təvəllüdlü Ə. Mirzəyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü istintaqa cəlb edilib.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.