Şirvanda baş verən yol qəzasında sürücü ağır yaralanıb. Hadisə ötən gecə baş verib. APA TV-nin xəbərinə görə, Şirvan şəhər sakini, 34 yaşlı Qasımov Elbrus Heybət oğlu “VAZ 21015” markalı avtomobili yüksək sürətlə idarə edərkən yolun kənarında dayanan Şirvan su kanal idarəsinə məxsus “KAMAZ” markalı təmir işləri üçün ixtisaslaşan avtoçənli maşına çırpıb. Nəticədə sürücü kəllə-beyin travması diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.