Şəkidə sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki sakini, 1959-cu il təvəllüdlü Ağəli Davud oğlu Ağabalayev oktyabrın 17-də kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. O, bu gecə xəstəxanada ölüb. Ağəli Ağabalayevin bilərəkdən sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.