Silahlı separatçıların komandiri Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
14 avqust 2014 02:20 (UTC +04:00)

Silahlı separatçıların komandiri Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Ukraynanın şərqindəki “Vostok” (“Şərq”) silahlı qruplaşmasının komandiri Aleksandr Xodakovski Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirib  
 
Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, “Vostok” döyüşçüləri hələ “Donetsk Xalq Respublikası” yaradılana qədər Donbasda olublar və onların çoxu vahid Ukraynanın tərəfdarıdır. “Şəxsən mən özüm də istəmirəm ki, Ukrayna parçalansın”, - deyə batalyon komandiri bildirib.
 
Qeyd edək ki, Ukrayna ordusunun separatçılara qarşı uğurlu əməliyyatları fonunda bu, ilk belə bəyanatdır. Görünür, terrorçuların özləri də mübarizənin mənasız olduğunu, Moskvadan kömək gəlməyəcəyini başa düşməyə başlayıblar. Odur ki, indidən öz cəzalarını yumşaltmaq barədə düşünmək qərarı veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517
avatar

Oxşar yazılar