Nəcməddin Sadıkov hərbi hospitalda oldu
11 dekabr 2014 17:13 (UTC +04:00)

Nəcməddin Sadıkov hərbi hospitalda oldu

0

Dekabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib. 


General-polkovnik N. Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar