GÜNÜN ŞƏRHİ
XXI əsrin müharibəsi səngərlərdə deyil, beyinlərdə aparılır. Zərbə təkcə artilleriya qurğuları və raket kompleksləri ilə deyil, informasiya ilə vurulur. Cəmiyyəti düşmənin dezinformasiya siyasətinin təsirindən qorumaqda əsas vəzifə kütləvi informasiya vasitələrinin üzərinə düşür. Özəlliklə elektron mətbuatın bu işdə məsuliyyəti qat-qat böyükdür. İnformasiya müharibəsi özfəaliyyəti sevmir, çünki bu müharibənin qanunları başqadır. Bu qanunlar bəzən pozitiv yüklü informasiyanı gizlətməyi, bəzən neqativ informasiyanı yaymağı tələb edir. Bəzən isə kiminsə vətənpərvərlik ruhunu yüksəltmək üçün göstərdiyi özfəaliyyət dövlətin maraqlarını ciddi zərbə altına qoya, yaxud aparılan informasiya müharibəsini heçə çıxara bilər. Həmkarlarımız və vətəndaşlarımız bu gerçəkliyi anlamalı, emosiya ilə deyil, soyuq başla hərəkət etməlidir. Biz informasiya müharibəsinin qaydalarını mənimsəməyə məhkumuq, çünki Qarabağ müharibəsi bitsə belə, informasiya müharibəsi bir ömür davam edəcək. Bu gün səngərlərdə düşmənlə üz-üzə döyüşən əsgərlərimizin qoluna, ürəyinə qüvvət diləyir, şəhid olan hərbçilərimizin ailələrinə başsağlığı veririk.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 4 Aprel
Oxşar yazılar

Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR
16 iyul 2025 , 17:01
Rusiyada iki uşaqlı azərbaycanlı qadının məhkəməsi BAŞLAYIR: 7 il həbs gözləyir...
16 iyul 2025 , 16:17
Azər Qasımlının məhkəməsində ittiham aktı elan olundu
16 iyul 2025 , 15:12
Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT: iranlıya görə iki nəfər TUTULDU - VİDEO
16 iyul 2025 , 14:42
Oğuz meşəsində FACİƏ: üstünə ağac aşan kişi öldü
16 iyul 2025 , 14:35
Tanınmış reperi polis saxladı, məhkəməyə çıxarılacaq
16 iyul 2025 , 14:04
İran ordusunun generalı urandan zəhərlənib öldü
16 iyul 2025 , 13:17