GÜNÜN ŞƏRHİ
Qərb-Rusiya qarşıdurması yeni mərhələyə qədəm qoyur. Rusların Suriyada aktiv hərbi əməliyyatlara başlamasına, Ankara-Moskva gərginliyinə əslində göz yuman Qərb fürsətləri dəyərləndirməkdə gecikmir. “SU-24” təyyarəsinin vurulmasını fürsət bilərək Türkiyədə Aralıq dənizində və Fars körfəzində hərbi iştirakını genişləndirən, bölgəyə əlavə hərbi texnika cəmləşdirən Birləşmiş Ştatlar paralel olaraq Avropada hərbi iştirakını gücləndirir. Pentaqon faktiki olaraq Rusiya sərhədləri boyunca hərbi kontingent yığmaqla məşğuldur. Bu, hansısa aktiv hərbi əməliyyatlara başlamaq deyil, hərbi-strateji balansı öz lehinə dəyişdirməkdir. Düzdür, Vaşinqtonun Avropada addımları adi silahlar haqqında sazişin müddəalarının pozulması deməkdir, amma Gürcüstan, Ukrayna və Yaxın Şərqdə baş verənlərdən sonra bu sazişin əhəmiyyəti qalmayıb. Təbii ki, münaqişələrin nizamlanması prosesi nə zamansa başa çatdıqdan sonra dünyanın fövqəlgücləri belə bir sazişin imzalanmasına ehtiyac duyacaqlar. Amma əvvəllər olduğu kimi o zaman da tərəflər mövcud hərbi iştirak səviyyəsini qəbul etmiş olacaqlar. O vaxta kimi isə ABŞ Rusiya və Rusiyanın maraqlarının olduğu bölgələr boyunca hərbi gücünü artırmaqda davam edəcək. Bunu etmək üçün hüquqi əsas həmişə var. Elə təkcə İŞİD-in varlığı bölgədə ABŞ-a öz hərbi gücünü artırmaq bəhanəsi verir. Analoji bəhanədən Rusiya da Suriyada hərbi gücünü artırmaq üçün istifadə etmişdi. İŞİD-in missiyasından biri də məhz budur - hansısa bölgədə hərbi gücünü artırmaq istəyən maraqlı güclərin əlinə bəhanə vermək...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Fevral
0
0
0
0