GÜNÜN ŞƏRHİ
Əgər Artsrun Hovannisyanın sükan arxasına keçdiyi erməni təbliğat maşınının apardığı təbliğat ermənilərin özlərində belə gülüş doğurursa, bu, rəsmən fiaskodur. Dünən qeyri-peşəkarcasına hazırlanmış videoçarxı erməni ictimaiyyətinə Azərbaycan vətəndaşlarının telefon danışıqları kimi sırımağa çalışan erməni “Göbbels” sərt tənqid olunmuşdu. Bu gün isə Hovannisyan “Facebook”da azərbaycanlı istifadəçilərin yazışmasını “Azərbaycan tərəfi 100 nəfər itki verdiyini təsdiqləyir” şəklində ermənilərə sırıyaraq öz aləmində əhval-ruhiyyəni yüksəltməyə çalışıb. Bir azərbaycanlının mülki obyektlərimizin vurulmasına etiraz olaraq “niyə biz də vurmuruq, gərək 100 şəhid verək ki, ayağa qalxaq” ifadəsini Hovannisyan “Azərbaycan 100 şəhid verib” kimi başa düşüb, ya da ermənilərin belə başa düşməsini istəyib. Onun bu cəhdi də alınmayıb, erməni istifadəçilərin məlumatın yalan olduğunu yazmasından sonra Hovannisyan onlara orijinal cavab yazıb: “Mən mətbuat xidmətinin rəhbəriyəm, nə məlumat yaymağın lazım olduğunu mənə öyrətməyin”. Sözsüz...