Sevinc Babayevanın oğlu intihar etdi?
29 iyul 2013 18:09 (UTC +04:00)

Sevinc Babayevanın oğlu intihar etdi?

Onun səhhətindəki problemlər getdikcə şiddətlənir

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı gündəmə gələn və ötən ilin sonunda Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun səhhətində ciddi problemlər yaranıb. AzNews.az-a daxil olan məlumata görə, o, son zamanlar həddindən artıq əsəbidir və hərəkətlərində rabitə yoxdur. Yaxınları saytımıza deyib ki, onun psixi problemləri yaranıb. Səbəb kimi isə axır vaxtlar pulsuzluqdan əziyyət çəkdiyi, problemlərinin həddindən artıq çox olduğu göstərilir. Bildirilir ki, həmişə “əli pulnan oynayan” Ayxanın belə duruma düşməsi onunçün faciəyə çevrilib.

Mənbə deyir ki, A. Məmmədovun zəhərlənməsi barədə məlumat həqiqət olmasa da, yataq xəstəsi olduğu barədə iddialar həqiqətə uyğundur. Onun heç kimlə görüşmək istəməməsi özünə qapanması vəziyyəti bir qədər də gərginləşdirib.

AzNews.az-a daxil olan məlumata görə, vəziyyət o qədər kritikləşib ki, Ayxan dünən hətta özünə ziyan vurmaq istəyib. Belə ki, o, “Mercedes c-klass 220” markalı 10 TK 783 nömrə nişanlı maşınının aylıq 240 manatlıq kreditini ödəyə bilmədiyi üçün dünən əsəb gərginliyi keçirib və maşına oturaraq, onu yüksək sürətlə divara çırpıb. Bildirilir ki, A. Məmmədovun məqsədi özünə zərər yetirmək olsa da, xoşbəxtlikdən maşının təhlükəsizliyi yüksək olduğu üçün ona heç nə olmayıb. Kreditdə olan “Mercedes” markalı maşın isə zərbədən yararsız hala düşüb.

Hadisə yerinə YPX əməkdaşları və sığorta mütəxəssisləri də gəlib.

Mənbə onu da iddia edir ki, A. Məmmədovda bu cür əsəbilik hələ anası S. Babayevanın sağlığında da var imiş. Ancaq anasının vəfatından sonra yaranan maddi çətinliklərin ardınca, onun əsəbləri tamamilə sıradan çıxıb və onu özünəqəsdə təşəbbüs göstərəcək səviyyəyə gətirib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunan yazıda iddia edilənə görə, A. Məmmədov qəfil yataq xəstəsi olub, yediyini qaytarır, yerindən tərpənə bilmir. Qəzetin yazdığına görə, ikiqat arıqlayan gəncin ürəyində, böyrəyində qəfil sancılar əmələ gəlib, yeyib-içdiyini qaytarır, və ailəsinin onu müalicə etməyə imkanı olmadığı üçün olduqca pis durumdadır: “Ayxan heç yerdə işləmir, gəliri də yoxdur. Nənəsi də təqaüdçü qadındır, 120 manat təqaüdlə dolanır. Bu adam xəstəxanada müalicə olunmalıdır. Amma buna pulları yoxdur. Kimə ağız açırlarsa, yox cavabı alırlar. Qohum-əqrəbaları, anasının dostları onlara heç bir yardım etmir”. Qəzet A. Məmmədovun zəhərlənməsindən şübhələnildiyini yazıb.

A. Məmmədovun tanışı qəzeti verdiyi açıqlamada iddia edib ki, bu vaxta qədər sağlam həyat tərzi keçirən bu gəncin qəfil bu vəziyyətə düşməsi düşündürücüdür: “O, əriyib çöpə dönüb. Yerindən tərpənə bilmir. Xəstəxanaya getmək pul deməkdir. Analiz, müalicə lazımdır ona. Bu da 5-10 manatla başa gələn şey deyil. 4 gündür yerimir. Sistem alıb qoşdurdu, amma onun da cəmi bir faiz xeyri olub. O gün soruşuram, evlərində cəmi 15 manat pulları var. Onların qazananı anası idi, anasını da öldürdülər. Biz qorxuruq ki, Ayxanı da anasının taleyi gözləsin. Çünki ondakı əlamətlər də anasıyla eynidir. Qəfil ürək ağrıları, yemək yeməmə, yediyini qaytarma. Təcili üstünə düşülməsə, onu itirə bilərik”.

Qəzet yazıb ki, ailənin satmağa heç nəyi də yoxdur, çox pis vəziyyətdədirlər: “Ayxan o gün dedi ki, bütün qohum-əqrəbadan yardım tələb edir. Babayevlərdən, Cəbiyevlərdən. Deyir, “bu günə qədər kimin toyuna-yasına nə qədər pul yazdırıblarsa, nə hədiyyə alıblarsa, hamısını geri qaytarsınlar. Hamı toya 100 manat yazdıranda, biz 1000 manat yazdırmışıq. İndi əvəzini versinlər. Mən ölürəm, bundan ağır gün var adam üçün?” Bu adamın buna haqqı var. Ayxan deyir, əgər bu sözdən sonra da heç kim hərəkət etməsə, o qohum-qardaşı adbaad yazacaq”. A. Məmmədov özü də “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib ki, səhhətindən dolayı danışmaq imkanında deyil.

Bizimxeber.az

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2990
avatar

Oxşar yazılar