Sevgilinizə hədiyyə almısınızmı? - <span style="color:red;">SORĞU
14 fevral 2017 14:54 (UTC +04:00)

Sevgilinizə hədiyyə almısınızmı? - SORĞU

Bu gün Sevgililər günüdür. Bu bayramın tarixi, yəni 14 fevral heç də təsadüfən seçilməyib. Belə ki, Qədim Roma imperatoru II Klavdi müharibələr səbəbindən kişilərin ailə qurmasını qadağan edir. Belə bir vaxtda ixtisasca həm də həkim olan keşiş Valentin çalışdığı kilsədə hər kəsdən gizli şəkildə sevənlərin nikah ayinini yerinə yetirir. Bir müddət sonra bundan xəbər tutan imperator Valentinin həbsinə və edamına qərar verir. Zindanda o, gözətçinin qızına aşiq olur və edam edilməzdən öncə ona məktub yazaraq, sevdiyini etiraf edir.

 

İmperatorun qərarı ilə Valentin 14 fevral 269-cu ildə edam edilir. O vaxtdan bu günədək həmin tarix dünyada Sevgililər Günü kimi qeyd olunur. Görəsən, paytaxtımızın sakinləri bu günü qeyd edirmi? Bu günü qeyd edən respondentlər sevdiyi insana nə hədiyyə etməyi düşünür?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

APA TV

Oxşar yazılar